
Hazırda davam edən "İnter" - "Neftçi" oyununun ilk hissəsinin sonlarında insident yaşanıb. Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin heyətində Rauf Əliyev aut atışından sonra topu əlinə götürüb.
"Neftçi"nin futbolçusu Jayro Rodriges isə buna etiraz edib və topu futbolçunun əlindən alıb. Bundan sonra yerə yıxılan Əliyev rəqib müdafiəçinin ona qarşı kobudluq etdiyi bildirib.
Hadisə "bankirlər"in texniki zonasının qarşısında baş verdiyindən məşqçilər heyəti və ehtiyat oyunçular da müdaxilə etmək istəyib. Lakin matçın baş hakimi Fariz Yusifov hadisəni böyüməyə qoymayıb.
Qeyd edək ki, hazırda matçda hesab açılmayıb.