1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Amerika qitəsinin qeyri-braziliyalılarının Azərbaycan macəraları - LAYİHƏ
Sportnet.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında çıxış etmiş legionerlərlə bağlı statistik məqamların üzə çıxarılması” layihəsində silsilə yazılarını davam etdirir. Doqquzuncu yazı Amerika qitəsindən ölkəmizə gələn qeyri-braziliyalıların Azərbaycan karyeralarının üzə çıxarılması ilə bağlıdır.
12 ölkədən 38 futbolçu
Azərbaycan milli çempionatında Amerika qitəsindən braziliyalıları çıxmaq şərtilə 12 ölkəsindən 38 futbolçu oynayıb. Həmin ölkələrin yarısı Cənubi Amerika, yarısı Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrindəndir (CONCACAF). 38 qeyri-braziliyalıdan 27-si cənubi amerikalı, 11-si CONCACAF-lıdır.
Amerika qitəsi qeyri-braziliyalılardan ən çox Argentina ilə təmsil olunub – 10 nəfər. Uruqvayla Paraqvaydan hərəyə 5 legioner milli çempionatımızda çıxış edib. CONCACAF-ın ən çox təmsilçisi isə Kosta-Rikadır. Bunlar cəmi 3 legionerdir.
Amerika qitəsindən qeyri-braziliyalıların ölkəmizdə ilk təmsilçiləri Lukas Leyvo ilə Fernando Peresdir. Argentinalı hücumçular 2004/05 mövsümündə "Bakı"da oynayıblar. Bir klubda ən cox oyun keçirən isə Erik Ramosdur. 29 yaşlı paraqvaylı yarımmüdafiəçi 123 matçın hamısını "Neftçi"də keçirib. Fernando Peres "Bakı"da 99, onun çilili həmkarı Nikolas Kanales isə "Neftçi"də 66 qarşılaşmada meydana çıxıb.
Cənubi amerikalılardan oyun sayında rekordçu paraqvaylı Erik Ramos, CONCACAF-dan isə kosta-rikalı Uinston Parksdır.
Amerika qitəsində ən çox oyun keçirən qeyri-braziliyalılar:
1. Erik Ramos (Paraqvay) - 123 oyun
2. Kristian Torres (Argentina) - 109 oyun
3. Fernando Peres (Argentina) - 99 oyun
4. Anxel Qustavo Qutyerres (Uruqvay) - 93 oyun
5. Nikolas Kanales (Çili) - 66 oyun
6. Valter Quqlemon (Uruqvay) - 66 oyun
7. Derlis Meza Kolli (Paraqvay) - 59 oyun
8. Juan Manuel Varea (Argentina) - 59 oyun
9. Uinston Parks (Kosta-Rika) - 54 oyun
"Xəzər Lənkəran” və "Bakı”da oynamış hücumçu Uinston Parks öz bölgəsinin təmsilçiləri arasında eyni zamanda bombardirdir. Ümumiyyətlə, Amerika qitəsində qeyri-braziliyalılar arasında arasında ən sərrast oyunçu Fernando Presdir.
Amerika qitəsində 15-dən çox qol vuran qeyri-braziliyalılar
1. Fernando Peres (Argentina) - 40 qol
2. Nikolas Kanales (Çili) - 38 qol
3. Valter Quqlemon (Uruqvay) - 30 qol
4. Anxel Qustavo Qutyerres (Uruqvay) - 21 qol
5. Juan Manuel Varea (Argentina) - 17 qol
6. Uinston Parks (Kosta-Rika) - 17 qol
7. Deon Barton (Yamayka) - 15 qol
Maraqlıdır ki, bu zonadan Azərbaycan Premyer Liqasında qapıçı olmayıb. Avtoqol isə yalnız bir dəfə qeydə alınıb ki, bu da oyun sayında rekorçdu Erik Ramosa məxsusdur.
Ən çox mövsüm keçirən də Fernando Peresdir. 36 yaşlı legioner 2004-10-cü illərdə ardıcıl 6 mövsüm "Bakı”nın şərəfini qoruyub.
Amerika qitəsindən ən çox mövsüm keçirən qeyri-braziliyalılar:
1. Fernando Peres (Argentina) – 6 mövsüm
2. Anhel Qustavo Qutyerres (Uruqvay) – 5 mövsüm
3. Kristina Torres (Argentina) – 5 mövsüm
4. Erik Ramos (Paraqvay) – 4 mövsüm
Ən çox klub dəyişən isə Anhel Qustavo Qutyerresdir. Uruqvaylı hücumçu 4 klubumuzda - "Standard” (Sumqayıt), "İnter” (Bakı), "Muğan” (Salyan) və "Rəvan”da (Bakı) oynayıb.
Amerika qitəsindən ən çox klub dəyişən qeyri-braziliyalılar:
1. Anhel Qustavo Qutyerres (Uruqvay) - 4 klub
2. Kristian Torres (Argentina) - 3 klub
3. Valter Quqlemon (Uruqvay) - 3 klub
4. Derlis Meza Kolli (Paraqvay) - 2 klub
5. Uinston Parks (Kosta-Rika) - 2 klub
6. İsrail Rodriges (Paraqvay) - 2 klub
Fernando Peresin özəlliyi
Fernano Peres çempionluq sayında da fərqlənir. Belə ki, yalnız o, 2 dəfə Azərbaycan çempionu olub. Bu, 2006 və 2009-cu illərdə "Bakı"nın heyətində reallaşıb.
Amerika qitəsindən ən çox Azəbaycan çempionu olan qeyri-braziliyalılar:
1. Fernando Peres (Argentina) - 2 qızıl medal
2. Anxel Qustavo Qutyerres (Uruqvay) - 1 qızıl medal
3. Erik Ramos (Paraqvay) - 1 qızıl medal
4. Valter Quqlemon (Uruqvay) - 1 qızıl medal
5. Nikolas Kanales (Çili) - 1 qızıl medal
6. Xorxe Moreno Dias (Kolumbiya) - 1 qızıl medal
7. Roman Quela (Uruqvay) - 1 qızıl medal
8. Joze Luis Kabion (Çili) - 1 qızıl medal
Gümüş medalçılar arasında buna 1 dəfə nail olanların sayı çoxdur. İki dəfə qazananlar isə Derlis və Sezar Meza Kolli qardaşları, habelə kosta-rikalı Dieqo Madriqaldır. Onların hər 3-ü buna "İnter"də nail olub.
Amerika qitəsindən bürünc medalçı qeyri-braziliyalılar isə cəmi 3 nəfərdir. Bunlar paraqvaylı Derlis Meza Kolli ilə yanaşı, argentinalılar Fernando Pereslə Fakundo Pereyradır. Aydın məsələdir ki, Peres buna "Bakı"nın heyətində nail olub. Derlislə Fakundo isə ötən mövsüm "Qəbələ" ilə bürünc medalçı olublar.
Peres Azərbaycan milli çempionatında hər 3 əyarı olan Amerika qitəsindən yeganə qeyri-braziliyalıdır. Onun hesabında 4 medal var ki, bunun 2-si qızıl, 1-i gümüş və 1-i bürüncdür. Derlis Premyer Liqamızın qalibi olmasa da, aktivində 2 gümüş, 1 bürünc medal var.
Amerika qitəsindən qeyri-braziliyalılar arasında ən çox Azərbaycan kubokunu qazananlar oyun sayında rekordçular - Parksla Ramosdur. Onlar hər 2 finalda qalib olublar. Parks buna "Xəzər Lənkəran"la "Bakı"nın heyətində nail olublarsa, Ramos hər 2 kuboku "Neftçi"də qazanıb. Pereslə Kanalesin hesabında 1 Azərbaycan kuboku var. Bunlar müvafiq olaraq "Bakı" və "Neftçi"nin heyətində əldə olunub.
Quqlemon hər 3 finalda məğlubiyyət acısı dadıb. Ramosla Kanales hərəyə 2 dəfə finalda uduzublar. Honduraslı Allan Lalinlə boliviyalı Andaveris Auqusto hərəyə 1 dəfə finalda məğlubiyyət alıb. Final sayında rekordçu Ramosdur. O, yeganə qeyri-amerikalıdır ki, ardıcıl 4 finalda oynayıb.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib