Avstriyanın "Zalsburq” klubunun futbolçusu Kevin Kampl Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ”la ilk oyunu (1:2) haqda danışıb. Sportnet.az-ın məlumatına görə, futbolçu ölkə mətbuatına açıqlamasında "Qarabağ” azarkeşlərinin önündə oynamağın asan olmadığını bildirib.
24 yaşlı yarımmüdafiəçi cavab oyununa köklənəcəklərini söyləyib: "Erkən qolun ardınca 30000 möhtəşəm azarkeşin önündə oynamaq elə də asan deyildi. Komanda meydanda canını qoydu. Xüsusilə ikinci hissədə biz gücümüzü göstərə bildik. Təəssüf ki, əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Əvəzində isə rəqib bizi ikinci qolla cəzalandırdı. Ancaq bu gündən etibarən biz cavab oyununa köklənəcəyik”.
Qeyd edək ki, "Zalsburq” – "Qarabağ” matçı 6 avqustda Bakı vaxtı ilə 23:30-da başlanacaq.