
Futbol üzrə Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" oyunu üçün təyinatlar açıqlanıb. Sportnet.az-ın məlumatına görə, matçın baş hakimi Rauf Cabbarov olacaq.
Ona Mübariz Haşımov, Rahil Ramazanov və Rəvan Həmzəzadə kömək edəcək
Azərbaycan Premyer Liqası, III tur
22 sentyabr
17:00. "Qəbələ" - "Sumqayıt"
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu (CBC Sport)