Bu gün Türkiyənin "Qalatasaray" klubunun bazası olan Metin Oktay təsislərində xoşagəlməz hadisə baş verib. Sportnet.az-ın məlumatına görə, Türkiyənin "Sabah" qəzetinin foto müxbiri məşqi izləmək üçün klub bazasına yollanıb.
Bazanın qapısından içəri daxil olarkən dəmir qapılar bağlanıb və Erkan Koyuncu çətin vəziyyətdə qalıb. Hadisəni görən mühafizə xidmətinin əməkdaşları qan içində yerə yıxılan Koyuncunu gördükdə qapıları açıb və komandanın həkimləri ilkin yardım etdikdən sonra xəstəxanaya göndərilib. Hələ ki, foto müxbirin vəziyyəti ağırdır və həyat təhlükəsi davam edir.
Baş verən hadisə səbəbindən məşqçilər korpusu məşqi təyin edilmiş vaxtda başlamadı.