Türkiyənin "Qalaasaray" klubunda çıxış edən Uesli Sneyder Hollandiya yığmasının baş məşqçisi Danni Blindin diqqətindən kənar qalmayıb. Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsində Belarus və Fransa yığmalarına qarşı keçiriləcək oyunların hazırlığına cəlb olunub.
Siyahıda 29 futbolçu yer alıb. "Fənərbağça"da çıxış edən Robin van Persi, Qreqori van der Vil yığmaya dəvət edilməyib.









                 





    
    
    
    
    
    
    
    
    























































