Bu gün İngiltərənin paytaxtı Londonda yerli futbol assosiasiyasının təşkilatçılığı ilə Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Londonun loqosunun təqdimat məraimi keçiriləcək. Sportnet.az-ın məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edəcək.
Baş katib İngiltərə Futbol Assosiasiyasının dəvəti əsasında səfərə yollanıb.
Qeyd edək ki, Londonda Avro-2020-nin yarımfinal oyunları və final qarşılaşması keçiriləcək. Qitə turnirinin 4 oyunu (3 qrup, 1 1/4 final) Bakıda təşkil olunacaq.









                 





    
    
    
    
    
    
    
    
    























































