1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şeydayev Türkiyə kuboku ilə Super Liqasını eyniləşdirdi
Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Türkiyə kubokunda qol vuran 5-ci futbolçumuz olub. Sportnet.az-ın məlumatına görə, buna ilk nail olan hazırda "Qarabağ"da çıxış edən İlqar Qurbanov olub. O, "Sivasspor"un heyətində "İsmət İnönü"də "Beşiktaş"ın qapısna yol tapıb.
Vaqif Cavadovla Rəhman Hacıyev də Türkiyə kubokunda fərlqəniblər. Yığmamızın milliləşdiirən sabiq hücumçuları - serbiyalı Branimir Subaşiçlə türkiyəli Cihan Özkara isə bu turnirdə 2 dəfə topu tordan keçiriblər.
Göründüyü kimi, bu, futbolçularımızın Türkiyə kubokunda 7-ci qoludur. Şeydayev buna "Trazonspor"un heyətində aşağı divizion təmsilçisi "Serhat Ardahanspor"a evdə 6:0 hesabı ilə qalib gəldikləri matçın 85-ci dəqiqəsində son nöqtəni qoymaqla nail olub. Bu, 21 yaşlı hücumçumuzun yeni klubunda rəsmi debütündə qol hesabını açması ilə eyni vaxta təsadaf edib.
Maraqlıdır ki, futbolçularımız Türkiyə Super Liqasında da indiyədək 7 qol vurublar. Onlardan 5-i milliləşənlərin hesabındadır. Türkiyəlilərdən Cihan Özkara vaxtilə "Sivasspor”da 3 qola imza atıb, onun həmyerlisi Ufuk Budak bu mövsüm "Kayserispor"da fərqlənib. Braziliyalı Ernani Pereyra isə "Konyaspor”da qol sevinci
yaşayıb.
Super Liqada qol vuran öz futbolçularımız isə İlqar Qurbanovla Ramal Hüseynovdur. Qurbanov kubokda olduğu kimi, çempionatda da "Sivasspor"da qol müəllifi olub. Hüseynov isə "Kocaelispor"un heyətində fərqlənib. Yəni bu turnirdə də 7 qol 5 futbolçumuzun payına düşür.
Məlum olduğu kimi, futbolçularımız daha çox Türkiyə çempionatının birinci liqasında top qovublar. Onlardan Branimir Subaşiç ("Manisaspor"), Timur Təməltaş ("Altınordu") və Vaqif Cavadov (2-si "Qaziantep BB", 1-i "Boluspor") bu divizionda hərəyə 3 dəfə fərqləniblər. Mahir Şükürov "Karşıyaka"da, Cavid İmamverdiyev "Elazığspor"da hərəyə 2 qol vurub. İmamverdiyev bu klubla U-21 liqasında fərqlənərək 1 dəfə rəqib qapısına yol tapıb. Ayaz Mehdiyev isə bunu "Giresunspor"n heyətində həyata keçirib.
Türkiyə Super Lqasında ilk futbolçumuz da elə "Trabzonspor"da olub. Bu, həmin klubda ilk təmsilçimiz olan Vyaçeslev Lıçkindir. Artıq xeyli vaxtdır karyerasını başa vuran 43 yaşlı keçmiş yarımmüdafiəçi "bordo-mavilər"də ümumilikdə 4 oyun keçirsə də, qol müəllifi olmayıb. Lıçkin "Trabzonspor"da rəsmi debütünü 1996-cı il avqustun 6-da UEFA kubokunda "Slovan”a Bratislavada 1:2 hesablı məğlub olduqları matçda son 13 dəqiqədə meydanda olmaqla reallaşdırıb. Bundan 3 gün sonra isə Super Liqa tarixində ilk dəfə meydana Azərbaycan
futbolçusu çıxıb. Vyaçeslav Trabzonda "Altay”la oyununun 60-cı dəqiqəsində meydana daxil olub.
Mehman Süleymanov