1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Beşiktaş" - "Qalatasaray" derbisində məhsuldar heç-heçə - YENİLƏNDİ
Bu gün futbol üzrə Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçirilib. Sportnet.az-ın məlumatına görə, İstanbuldakı "Vodafone Arena"da "Beşiktaş"la "Qalatasaray" üz-üzə gəlib. Bakı vaxtı ilə saat 21:00-da başlanacaq görüşə FİFA referisi Ali Payabıyıkın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
"Qalatasaray" oyunda 2 top fərqi ilə irəlidə olsa da, üstünlüyünü 5 dəqiqəyə əldən verib. "Beşiktaş" qısa müddətdə vurduğu 2 qolla məğlubiyyətdən xilas olub - 2:2.
Bununla da iki komanda arasındakı 340-cı qarşılaşma heç-heçə nəticələnib İlk dəfə 22 avqust 1924-cü ildə görüşən klubların 399 oyununun 120-də "Qalatasaray", 107-də "Beşiktaş" qalib gəlib. 113 görüşdə isə qalib müəyyənləşməyib.
Hər 2 komanda 5 oyundan sonra 11 xalla turnir cədvəlindəə 2-3-cü pillələri bölüşdürürlər. "Qara Qartal" topların daha yaxşı fərqinə prinsipial rəqibini qabaqlayır.
Türkiyə Super Liqası, V tur
21:00. "Beşiktaş" - "Qalatasaray" - 2:2
Qollar: Marselo, 73, Rikardo Kuaresma, 78 - Eren Derdiyok, 8, Bruma, 44
Baş hakim: Ali Payabıyır
İstanbul, "Vodafone Arena".