
Azərbaycanı
Çempionlar Liqasında təmsil edən Ağdamın "Qarabağ" klubu UEFA-ya
müraciət edib. Sportnet.az-ın məlumatına görə, buna səbəb Ağdam klubu Avstriya
"Zalsburq"u ilə səfər oyunundan öncə son günlərdə Ermənistanla cəbhə
xəttində şəhid olan əsgərlərimizin ruhunu anmaq istəyidir.
"Qarabağ"
bu oyuna 1 dəqiqəlik sükutla başlamaq, həmçinin qara forma və qara sarğı ilə
mubarizə aparmaq haqda UEFA razılıq istəyib.
UEFA-dan bu müraciətə yaxın günlərdə cavab veriləcək.
Qeyd edək ki, "Zalsburq” – "Qarabağ” matçı 6 avqustda Bakı vaxtı ilə 23:30-da keçiriləcək.