İngiltərə futbolunun canlı əfsanəsi Qari Lineker FİFA prezidenti Yozef Blatter haqda sərt ifadələr səsləndirib. Sportnet.az-ın məlumatına görə, buna səbəb 2022-ci ildə keçiriləcək dünya çempionatına təşkilatçılığın Qətərə verilməsidir.
Lineker FİFA-nı bəzi məsələlərə öncədən qərar verməkdə ittiham edib: "Bu qurumda özbaşınalıq artıq ürək bulandırıcı həddə çatıb. Uzun müddətdir ki, Blatter FİFA-nı diktator rejimi ilə idarə edir. 2022-ci il dünya çempionatının Qətərə verilməsi çox gülünc qərardır. Belə bir qərar veriləndə Qətərin yayda necə isti olduğu da nəzərə alınmalıydı”.
DÇ-2018 üçün təşkilatçı ölkə kimi İngiltərə əsas namizəd olduğu bir vaxtda, bu hüququn Rusiyaya verilməsinə görə məyusluq yaşayan Lineker, qazanmaq üçün qaydadankənar yollara baş vurulacağı təqdirdə, İngiltərənin bir daha namizəd olmasına ehtiyac olmadığını bildirib.
Qeyd edək ki, İngiltərə yığmasının sabiq hücumçusu hazırda BBC telekanalında yayımlanan "Match of the Day" verilişinin şərhçisidir.
Qeyd edək ki, İngiltərə yığmasının sabiq hücumçusu hazırda BBC telekanalında yayımlanan "Match of the Day" verilişinin şərhçisidir.