İspaniyanın "Real Madrid" klubunun qapıçısı Keylor Navas yeni komandası haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı əlcək sahibi Madrid klubunda qapıçı olmağın asan olmadığını söyləyib.
Kosta-Rikalı çərçivə qoruyucusu əsas heyətə düşmək üçün çox çalışacağını və edə biləcəyinin ən yaxşısını göstərmək istədiyini söyləyib. Tərəflər arasında münasibət sabah rəsmiləşəcək və Navas 6 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Keylor Navas "Real Madrid”ə digər İspaniya klubu olan "Levante”dən keçib.