
İtaliyanın "İnter” klubu
heyətini gücləndirməkdə davam edir. Sportnet.az-ın məlumatına görə, Milan
təmsilçisi "Souzhempton"un hücumçusu Dani Osvaldonu icarə əsasında heyətinə qatıb.
28 yaşlı futbolçu bu
gün tibbi müainədən keçdikdən sonra yeni
komandası ilə 1 illik müqavilə imzalaycaq.
Çilili futbolçu Qari Medel
isə sabah Milana gedərək həkim
yoxlanışından keçəcək. Bundan sonra onunla da 4 illik müqavilə bağlanacaq.
Qeyd edək ki, "İnter” daha öncə Nemanya Vidiç və Yan Mvilanı heyətinə qatıb.