Rumıniya futbolunun əfsanələrindən sayılan Adrian Mutu peşəkar karyerasına son verib. Sportnet.az-ın məlumatına görə, 37 yaşlı Mutu yerli mətbuatına açıqlamasında karyerasını məşqçi kimi davam edəcəyini bildirib.
O, məşqçilik kurslarına yazıldığını və lazımi səviyyəyə çatdıqdan sonra baş məşqçi köməkçisi kimi işləmək istədiyini söyləyib.
Futbolçu karyerasına 1996-cı ildə başlayan Mutu İtaliyanın "İnter", "Parma", "Yuventus", "Fiorentina", İngiltərənin "Çelsi", Hindistanın Puna Siti" və Rumıniyanın "Tarqu Mureş" klublarında çıxış edib. O, milli komanda forması ilə 77 oyuna çıxıb və 35 qol vurub.