
Üç tanınmış futbolçu və bir futbol klubu 2017-ci il üçün "Ginnesin rekordlar kitabı"nın yeni versiyasına düşüblər. Sportnet.az-ın məlumatına görə, bunlar "Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu, "Arsenal"ın çexiyalı qapıçısı Petr Çex, "Everton"un ingiltərəli yarımmüdafiəçisi Qarri Berri və İngiltərənin son çempionu "Lester" klubudur.
Ronaldu "Tvitter" sosial şəbəkəsində ən populyar idmançı (47 milyon izləyici) kimi qeyd olunub. Çex İngiltərə Premyer Liqasında qol buraxmadan ən çox oyun (181) keçirib. Berri həmin çempionatda çıxış etdiyi klublarında ən çox start heyətinə düşüb - 580 dəfə. "Lester" isə İngiıtərə Premyter Liqasında mövqeyinə görə rekord sıçrayış edən komandadır. O, çempion olduğundan öncəki mövsüm yalnız 14-cü yeri tutub.