
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün son oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Estoniya millimiz ilə qarşılaşan yığmamız Aytac Nemətovanın vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Bununla da ilk qələbəsini qazanan millimiz qrupda mübarizəni 3-cü yerdə bitirib. Növbəti mərhələyə ilk 2 pillənin sahibləri - hərəyə 7 xal toplayan Polşa və Macarıstan yığmaları çıxıblar. Qruplarda 3-cü pillənin sahibləri arasında ən yaxşı göstəriciyə malik olanlar da mübarizəni davam etdirmək hüququ qazansalar da, onların 2 yeri tutanlarla oyunlarının nəticələri nəzərə alınır. Azərbaycanın macarlar və polşalılarla qarşılaşmalarda xal toplaya bilmədiyindən şansı qalmayıb.