1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
10 ilin ən yaxşısı
"Qarabağ" Azərbaycan Premyer Liqasında ardıcıl 13-cü ev qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, bu, son 10 ildə Azərbaycan çempionatlarında qeydə alınan ən uzun seriyadır.
Sonuncu belə seriya "İnter"ə məxsus olub. "Bankirlər"in 14 qələbədən ibarət qələbələrinə 2006-cı fevralında son qoyulub.
Son 10 ilin rekorduna imza atan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Azərbaycan Premyer Liqasının VIII turunda "Sumqayıt"ı 3 cavabsız qolla məğlub edərək, mövsümdə 4-cü dəfə qonaqları quru hesabla üstələyib. Komanda ardıcıl 3-cü çempionluğunu bayram etdiyi ötən mövsümün son 9 ev matçında da rəqiblərinə xal verməmişdi. 2016-cl ildə evdə keçirdiyi 13 matçın hamısında qalib gələn ağdamlıların "Qarabağ"ın öz meydanındakı son xal itkisi "Qəbələ" ilə matça təsadüf edib.
Bu matç 2015-ci il dekabrın 19-na təsadüf edib və 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" ardıcıl evdə qazandığı 13 matçın son 9-da qapısını da toxunulmaz saxlayıb. Yəni əyalət klubu 9 matçdır qonaqlara nə xal, nə qol sevinci yaşadır.