
Avropa Liqasının C qrupunda "Qarabağ”ın rəqibi PAOK-un yeni prezidenti müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, klubun İdarə Heyətinin qərarı ilə Corc Savvidis bu vəzifəyə təyin edilib.
O, yeni postunda İvan Savvidisi əvəzləyib. C.Savvidis sabiq prezidentin oğludur.
Qeyd edək ki, oktyabrın 20-də Bakıda keçiriləcək "Qarabağ” - PAOK oyunu saat 21:00-da başlayacaq.