1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan rəsmi açıqlama: "Yalnız Prosineçki bunu istəmədi"
"Həm Berti Foqts, həm də Robert Prosineçkinin baş məşqçiliyi dövründə demək olar ki, bütün namizədlərlə söhbətimiz olmuşdu. Onların hamısı bizə eyni sözü demişdi ki, biz işlədiyimiz müddətdə Azərbaycanda yox, daha çox öz ölkəmizdə yaşayacağıq".
Sportet.az-ın məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov "Xəzər TV"də "Futbol saatı" proqramında bildrib. O, millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin almaniyalı sələfi Berti Foqtsdan və digər həmkarlarından üstünlüyünü açıqlayıb: "Hələ 2008-ci ildə Foqtsu dəvət etdiyimiz vaxt bütün namizədlər bildirdilər ki, biz daha çox vətənimizdə yaşayacağıq. Çünki millinin oyunları az olur və matçlar öncəsi qısamüddətli təlim-məşq toplanışı keçirilir. Buna görə Foqtsla bağlı vəziyyət belə oldu və anlaşmaya əsasən, o, daha çox vətəni Almaniyada olurdu. Bu dəfə isə danışıqlarda yalnız Prosineçki fərqli mövqe bildirdi. O bildirdi ki, ailəsi ilə birgə Bakıya köçəcək, burada yaşayacaq. Bu zaman ona rahat olacaq".
Qeyd edək ki, 2 ildir millimizdə çalışan xorvatiyalı mütəxəssisin övladları Bakıda orta məktəbdə təhsil alırlar.