1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Miroslav Zelinka cəzalandı: "Qarabağ"ın rəqibinə görə
Avropa Liqasının C qrupunda "Qarabağ"ın rəqibi olan Çexiya "Slovan"ının ölkə çempionatında "Dukla" ilə oyunundan sonra baş hakim cəzalanıb. Sportnet.az-ın məlumatına görə, oyunun idarəçisi Miroslav Zelinka penalti təyin etmədiyi üçün cəzaya məruz qalıb.
Yerli Hakimlər Komitəsi Zelinkanın 21-ci dəqiqədə qonaqların əlehinə olan kobudluğu penalti kimi qeydə almayan referini 2 oyunluq federasiya bayrağı altında keçirilən yarışların idarəçiliyindən kənarlaşdırıb.
Qeyd edək ki, Avropa Liqasının 2014/2015 mövsümündə Bakıda keçirilən "Qarabağ" - "İnter" görüşünün sonlarında Almeydanın vurduğu təmiz qolu matçın baş hakimi Zelinka oyundankənar vəziyyət kimi qiymətləndirərək qeydə almayıb. Nəticədə "Qarabağ" F qrupunda çıxışını dayandırıb. Həmin qrupdan İ"nter" və "Dnepr" növbəti mərhələyə yüksəlib. Bir müddət sonra isə UEFA bu görüşdəki hakim səhvini etiraf edib.