
2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveçlə Bakıda keçirilmiş oyunun bilet satışından əldə olunan gəlir açıqlanıb. Sportnet.az-ın məlumatına görə, gəlir ƏDV daxil 42 584 manatdır.
Oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə Azərbaycan 1:0 hesablı qələbə qazanıb.