FİFA iki futbolçunun antidopinq qaydalarını pozduğuna görə kəsdiyi cəzanın müddətini uzatmağı qərara alıb. Sportnet.az-ın məlumatına görə, bu haqda məlumat verən qurumun rəsmi saytı maltalı İsael Qreçlə kubalı Abel Martinesin yaşıl meydana qayıdışının müddətini bir qədər də artırıb. Nəticədə Qreçin cəzası 1 il 3 ay, Martinesdə isə 2 illik təşkil edir.
Xatırladaq ki, UEFA bu ay Moskva MOİK-inin finlandiyalı yarımmüdafiəçisi Roman Yeryomenkonu 30 günlük kənarlaşdırıb. Bunun futbolçunun Çempionlar Liqasının matçlarının birində dopinq-testdən keçə bilməməyi ilə bağlı olduğu deyilir.