1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ı məyus edən hücumçu "MOİK Arena"da tarixə düşdü
Moskva MOİK-inin afrikalı legioneri Lasina Traore klubunun tarixinə ilklərlə düşməkdə davam edir. Sportnet.az-ın məlumatına görə, Fil Dişi Sahilindən olan hücumçu "hərbçilər"in yeni stadionu olan "MOİK Arena"da Çempionlar Liqasında debüt matçında ilk qolun müəllifi olub.
Bu, Fransanın "Monako" klubu il Moskvadakı oyunun 34-cü dəqiqəsində baş verib. Maraqlıdır ki, afrikalı hücumçu həmin stadionda ümumiyyətlə, ilk oyunda da birinci qolu vuran olub. Bu, Rusiya Premyer Liqasında "Terek”lə qarşılaşmada baş verib.
Qeyd edək ki, Traore bunadək məhz "Monako"da oynayıb və ötən mövsüm onun heyətində Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a Fransadakı matçda vurduğu yeganə qolla qələbəyə səbəbkar olub.