1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Özkaranın komandasına qarşı ŞOK İTTİHAM
UEFA Türkiyənin "Eskişehirspor" və "Sivasspor" klublarına qarşı danışılmış oyunlarda iştirak ittihamı ilə iş açıb. Sportnet.az-ın məlumatına görə, hər iki klub 2010-2011-ci il mövsümündə çempion "Fənərbağça"ya bilərəkdən uduzmaqda şübhəli bilinir.
2011-ci ilin mayında keçirilmiş son turda "Sivasspor" 3:4, həmin tarixdən bir ay öncə isə "Eskişehirspor" 1:3 hesabı ilə "Fənər"ə uduzub. Sonradan "sarı-lacivərdlilər" uzun müddətə qitə miqyaslı yarışlardan kənarlaşdırılıblar. Bu mövsüm isə "Sivasspor" Superliqada 5-ci yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanıb. "Eskişehirspor" isə ölkə kubokunun finalında "Qalatasaray"a uduzub. "Cim-Bom" Çempionlar Liqasına qatılacağından, Avroliqaya daha bir vəsiqə finalçıya qismət olub. UEFA-nın şübhələri təsdiqini tapsa, "Sivasspor" və "Eskişehirspor" Avroliqadan kənarlaşdırılacaqlar.
Qeyd edək ki, "Sivasspor"un heyətində Azərbaycan millisinin futbolçusu Cihan Özkara da çıxış edir. Özkara bir neçə gün öncə klubla müqaviləsini daha 2 il uzadıb.