1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Həlledici sınaq və ya qoşa oyunlara qoşa halda
Mehman SÜLEYMANOV
Avroliqada qrup mərhələsi ekvator xəttinə yaxınlaşır. Sabah keçiriləcək III turun matçları ilə bütün komandaların bir-biri ilə oynaması gerçəkləşəcək, növbəti turdan isə yenidən bir-biri ilə görüşləri başlayacaq. Özü də həm Avropa Liqasında, həm də Çempionlar Liqasında IV turda III turda qarşılaşmalar olacaq. Sadəcə, meydan sahibləri yerlərini dəyişəcək.
Şəxsən mənim üçün həmişə məhz qoşa oyunlar daha önəmli olub və məhz bu matçlarda qrupdakı mübarizənin taleyini böyük ölçüdə həll olunduğunu düşünürəm. Uğurlu nəticələr müqabilində rəqiblərindən birini sıradan çıxarmış olacaqsan. Komandalar arasında xallar bərabər olanda isə həlledici amil şəxsi oyunlardakı nəticə sayılır.
"Qarabağ”la "Qəbələ” da bu ardıcıl oyunlara hazırlaşırlar. Biri PAOK-la, digəri "Sent-Etyen”lə sınağa. Bu komandalarla son 2 mövsümdə qrupa qarşılaşsaq da, bu dəfə görüşlər I və V tura yox, III-IV tura təsadüf edəcək. Deməli, bu dəfə iki həftəyə iki ardıcıl matç olacaq.
İlk turda sonra təmsilçilərimizin qruplarında vəziyyətləri ürəkaçan deyil. Təsadüfi deyil ki, hələ ki qələbə qazana bilməmişik. Ağdam klubunun 2 oyundan 1 xalı varsa, "qırmızı-qaralar” hər 2 matçını məğlubiyyətlə başa vurub. Ancaq vəziyyət faciəvi də deyil. Hər halda, qrupda lider olan "Firotentina" ilə "Anderlext” də büdrədiklərindən hesablarında hərəyə 4 xal var. "Qarabağ”ın hesabında 1 xal olduğundan artıq qarşıdakı turda şərikli liderlər sırasında olan bilər. Çünki Qurban Qurbanovun komandası PAOK-a qalib gələcəyi halda ona çatacaq və "Fiorentina” "Slovan”a uduzacağı halda qrupda üçhakimiyyətlilik yaranacaq.
Florensiya təmsilçisinin qrupda favorit olduğunu və "Qarabağ”ın İtaliyada 1:5 hesabı ilə məğlub olduğunu nəzərə alsaq, 1-ci yerdən əlimizi demək olar üzməli olacağıq. Ancaq qrupda 2-ci olmaq şansımız heç də az deyil. Məhz PAOK-la matçlarda ən azı 4 xal qazanmaqla, yunanlardan şəxsi oyunlarda üstün olmaqla vəziyyəti öz xeyrimizə xeyi dəyişəcəyik. Bu zaman "Qarabağ"ın 2-ci yer uğrunda mübarizəsi artıq "Slovan”la gedəcək. Bizimlə eyni xalı olan Liberets təmsilçisini qoşa oyunlar italyanlarla çox çətin sınaq gözləyir. Ağdam klubunun V turda "Slovan”la səfər oyununadək onu qabaqlamaq yaxşı şansı var. Bu zaman ən azı heç-heçə etməklə xal fərqini saxlamaq olar. Düzdür, onu da nəzərə almalıyıq ki, "Qarabağ” "Slovan”la evdə 2:2 hesablı bərabərliyə qaldığından onunla rəqib meydanında da məhsuldar sülhə imza atmalıdır.
"Qarabağ”la "Fiorentina” son turda öz aralarındakı oyunadək qrupda çıxmaq məsələsini həll edə bilərlər ki, bu zaman şəxsi görüş 1-ci və 2-ci yerin taleyinə aydnlıq gətirəcək. Göründüyü kimi, çempionumuz qarşıdakı oyunlarda uğurlu nəticələr sayəsində vəsiqəni qazanmaqla son turu formallığa çevirə bilər.
Təbii ki, "Qəbələ” üçün də ardıcıl matçlar həlledici olacaq. Roman Qriqorçukun komandasının heç xalı olmadığından "Sent-Etyen"lə qarşıdakı oyunlar mütləq qələbə qazanmağı vadar edir. Fransızların da qələbəsi olmasa da, ilk 2 oyunda heç-heçəni son dəqiqələrdə qazana biliblər. "Qırmızı-qaralar” səfərdə məğlub olacağı halda, şansını demək olar itirəcək. Bu mənada ən azı heç-heçə edərək xal fərqini qorumaq lazımdır. Roman Qriqorçukun yetirmələri Fransadan qayıtdıqdan sonra 2 matçını öz meydanında keçirəcəyindən həmin matçlarda maksimum xal qazanması zəruridir. "Qəbələ”nin digər rəqiblərindən "Anderlext”lə fərqli "Maynts”lə səfərdə üzləşəcəyindən, bu 2 komandanın ardıcıl görüşlərində belçikalıların xal itirməsi bizə daha sərfəlidir.
Onu da bildirək ki, qrupdakı təmsilçilərimizdən "Neftçi" və "Qəbələ"dən fərqli 2 dəfə çıxış edən "Qarabağ"ın hər 2 halda 1/16 finala çıxmaq şansı son turadək qalıb. Məhz qoşa oyunlardakı nəticələr həlledici olub. Hər halda, "Dnepr"i Ukraynada 1:0 hesabı ilə yenən Ağdam klubu Bakıda 1:2 hesabı ilə uduzmaqla şəxsi oyunlarda ondan geri düşdü və bu, yekun nəticəyə böyük təsir göstərdi. "Monako" ilə Bakıda 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun komandası səfərdə 0:1 hesabı ilə uduzmaqla işini çətinləşdirdi.