
Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni
dayandıran Ağdamın "Qarabağ" klubunun Avropa Liqasının "play-off"
mərhələsindəki 19 potensial rəqibləri müəyyənləşib. Sportnet.az-ın məlumatıına
görə, "Qarabağ"ın potensial rəqibləri sırasında "İnter"
(İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyareal" (İspaniya),
"Tvente" (Hollandiya), "Seltik" (Şotlandiya),
"Makkabi" (Təl-Əviv, İsrail), "Sparta" (Praqa,
Çexiya)və "Borussiya" (Münhenqladbax, Almaniya) kimi komandalar
var.
Ümumilikdə "play-off" mərhələsində 62 komanda çıxış edəcək ki,
bunlardan da 33-ü artıq müəyyənləşib. Qalan 29 iştirakçının kimliyinəbu
gün aydınlıq gələcək.
Qeyd edək ki, Avropa Liqasının pley-off
mərhələsinin püşkü sabah, Bakı vaxtı ilə saat 16:00-da atılacaq.
Səpələnmişlər:
Birbaşa mübarizəyə qoşulanlar
"İnter" (İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyareal" (İspaniya), "Tvente" (Hollandiya), "Metallist" (Ukrayna), PAOK (Yunanıstan), "Trabzonspor" (Türkiyə), "Borussiya" (Münhenqladbax, Almaniya), "Lokomotiv" (Rusiya), "Rapid" (Avstriya), "Sürix" (İsveçrə), "Nasional" (Portuqaliya)
Çempionlar Liqasından gələnlər
"Seltik" (Şotlandiya), "Panatinaykos" (Yunanıstan), "Dnepr" (Ukrayna), "Sparta" (Praqa, Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Şerif" (Moldova)
Səpələnməmişlər:
Birbaşa mübarizəyə qoşulanlar
"Sent-Etyen" (Fransa), "Rostov" (Rusiya), "Zvolle" (Hollandiya), "Lokeren" (Belçika), "Apollon" (Kipr), "Midtilland" (Danimarka)
Çempionlar Liqasından gələnlər
"Partizan" (Serbiya), "Feyenoord" (Hollandiya), "Debretsen" (Macarıstan), "Qrasshoppers" (İsveçrə), "Aktobe" (Qazaxıstan), AEL (Kipr),"Qarabağ" (Azərbaycan), HİK (Finlandiya)