"Çox gözəl oyun göstərdik. Heyətimiz kasad idi. Müdafiədə oynatdığımız futbolçular yarımmüdafiəçilər idi”. Sportnet.az-ın məlumatan görə, bu sözləri Gürcüstanın "Çixura” klubunun baş məşqçisi Soso Priudze deyib.
Gürcü mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"yә 1:2 hesablı məğlubiyyəti oyunçu çatışmamazlığı ilə əlaqələndirib: "Xüsusi hər hansı bir taktika fikirləşməyin mənası yox idi. Əsas düşüncəmiz qol buraxmamaq idi. Bilirdik ki, qapımızda top görsək, bizə çətin olacaq. Belə də oldu. Amma düşünürəm ki, azarkeşlərə yaxşı oyun göstərə bildik”.
Priudze bildirib ki, komandası qol buraxdıqdan sonra daha yaxşı oynayıb: "Rəqibin hücumçuları bizdən daha sürətli idi və daha güclü idilər. Ona görə də müdafiədə daha yaxşı oynamalıydıq. Qol buraxdıqdan sonra irəli atılmaq məcburiyyətində idik. Amma rəqibin hücumçularının peşəkarlığı öz sözünü dedi”.
Gürcü mütəxəssis Azərbaycan klublarının maliyyə cəhətdən daha güclü olduğunu və buna görə daha yaxşı oyunçularla gücləndiyindən danışıb: "Azərbaycan klublarının maliyyə cəhətdən imkanları daha genişdir. Daha yaxşı futbolçular alırlar və heyətlərini gücləndirirlər. Onlar kimi futbol oynamağı düşünmürük. Türkiyəyə meyl edən futbol oynamaq bizim üçün yaxşı olardı”.
"Çixuran”ın baş məşqçisi bəzi oyunçuların komandanı tərk edəcəyini bildirib: "Bəzi futbolçuların komandadan gedəcəyi doğrudur. Buna görə üzülmürük. Amma əlimizdə yaxşı maliyyə imkanı olsaydı, onları komandada saxlayardıq. Həmin futbolçuların komandanı tərk etməsi yaxşı olmayacaq. Amma heyətdə gənclər var”.
Priudze "Çixura”nın müdafiə futbolu oynamasını belə izah edb: "Rəqibin futbolçuları fiziki cəhətdən çox güclü idilər. Onların qarşısında belə oynamağa məcbur idik”.
(apasport.az)