1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin rəqibinin sabiq futbolçusu keşiş oldu - FOTO
"Mançester Yunayted"in sabiq futbolçusu Filip Malrayn katolik keşiş olub. Sportnet.az-ın məlumatına görə, bu haqda Daily Mail xəbər yayıb. Onda bu ideya Daun və Konnor şəhərlərinin rahibi Noel Treanorla söhbətindən sonra yaranıb.
"Norviç" və Kardiff Siti"də, həmçinin Şimali İrlandiya yığmasında oynamış 38 yaşlı keçmiş yarımmüdafiəçi katolik kilsənin sıralarına qəbul olunub. O, bunadək Romada dini kollecdə təhsil alıb. Futbolçu ilahiyyatı öyrənmək üçün 2009-cu ildə ora daxil olub.
Malrayn "Mançester Yunated"in yetirməsi olsa da, əsas komandada olduğu 1996-99-cu illərdə cəmi 1 oyun keçirib. Hər halda, o, məşhur Devid Bekhemlə komanda yoldaşı olub.
Filip millidə 27 matçda 3 qol vurub. Malrayn böyük futboldan 2008-ci ildə ciddi zədədən sonra getməli olub. O, həmin vaxtdan bu yana xeyriyyəçiliklə məşğul idi.
Xatırladaq ki, millimiz cari seçmə mərhələdə növbəti oyununu noyabrın 11-də səfərdə Şimali İrlandiya ilə keçirəcək.