1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
FİFA-dan Bakıda söyüş söyən futbolçuya 11 aylıq cəza
FİFA Norveç milli komandasının futbolçusu Ule Selnesi ağır cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, səbəb 22 yaşlı yarımmüdafiəçinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına Bakı Olimpiya Stadionunda 0:1 hesabı ilə uduzduqları oyundan sonra hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi olub.
Nəticədə Fransa "Sent-Etyen"inin 22 yaşlı yarımmüdafiəçisi 11 ay müddətinə millidən kənarlaşdırılıb. Qərara əsasən Selnes bu müddətdə Norveç millisi ilə rəsmi oyunlarda iştirak edə bilməyəcək. Bu, noyabrda Çexiya, 2017-ci ildə isə Şimali İrlandiya, Çexiya və Azərbaycan yığması ilə qarşılaşmalardır. Ancaq Ule bu müddətdə U-21 yığmasında oynaya bilər.
Selnes meydanı tərk edərək paltardəyişmə otağına getdiyi zamanı tuneldə yan xətt hakiminə çox pis idarəçilik etdiklərini söylədiyini bildirib: "Mən yalnız bunu dedim. Həmin vaxt tuneldə çox səs-küy vardı. Azərbaycanlılar - assosiasiya nümayəndələri, oyunçular, stadion işçiləri qələbəni bayram edirdilər. Söylədiklərimə görə təəssüf edirəm. Mənimlə pis davrandılar. Buna baxmayaraq, qərara görə çox məyusam. Hesab edirəm ki, bu, ədalətsizlikdir".
Norveç Futbol Federasiyası da qərarla razı olmayaraq apellyasiya vermə variantını nəzərdən keçirir. Qurum qərarı sərt saymaqla yanaşı, futbolçunun yan xətt hakiminə söylədiklərinə görə üzrxahlıq edir. Matçı Liran Lianinin başçılıq etdiyi israilli hakimlər briqadası idarə edib. Azərbaycan - Norveç oyunu millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Ule Selnes "Sent-Etyen"in heyətində Avropa Liqasının qrupunda "Qəbələ" ilə ev matçında iştirak edib.