1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Beşiktaş"ın tarixə düşən heyəti
"Beşiktaş"ın İtaliya "Napoli"sinə qarşı keçirdiyi Çempionlar Liqasının IV tur matçı Türkiyə futbolu tarixinə düşüb.
Sportnet.az-ın məlumatına görə, "qara qartallar"ın baş məşqçisi Şenol Günəş Türkiyədə doğulmuş futbolçulardan heç birinə şans verməyib.
Start heyətində cəmi iki türk - Tolqay Arslan və Gökhan İnler yer alıb. Lakin Tolqay Almaniyada anadan olub. 24-cü dəqiqədə meydana girən Cenk Tosun da futbola Almaniyada başlayıb. UEFA onu Türkiyədə yetişmiş futbolçu hesab etmir. Gökhan isə doğulduğu İsveçrənin millisində çıxış edir.
Beləliklə, Fabri, Marselo, Rodolfo, Toşiç, Hatçinson, Gökhan İnler, Kuarejma, Tolqay, Adriano və Adrianodan ibarət start heyəti Çempionlar Liqasına türk statusunda olmayan "11-lik"in meydana çıxdığı ilk Türkiyə komandası kimi tarixə düşüb.
Qeyd edək ki, görüşdə qalib müəyyənləşməyib - 1:1.