
Bu gün Türkiyə Kubokunda qrup mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor” klubunun rəqibləri müəyyənləşib.
Sonuncu – H qrupunda yer alan Trabzon təmsilçisinin rəqibləri Superliqadan "Atiker Konyaspor”, aşağı liqadan "Kızılcabölükspor”la "Gümüşhanəspor”dur. Milli komandamıza namizəd olan hücumçu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor” isə G qrupunda Superliqadan "Akhisar Bələdiyyəspor”, aşağı diviziondan "Ümraniyəspor” və "Aydınspor”la qüvvəsini sınayacaq.