"Əlbəttə, "Qəbələ" ilə sabahkı matç önəmlidir. Qrupda gələcək taleyimiz baxımından da vacib oyundur". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Fransanın "Sen-Etyen" klununun yarımmüdafiəçisi Jordan Varetut Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə matçdan öncə keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sabahkı oyun asan olmayacaq: "Bütün futbolçular matça hazırdırlar. Çalışacağıq ki, qarşılaşmanı mükəmməl keçirək. Fikrimcə, qrupda zəif komanda yoxdur. Matça ciddi hazırlaşmışıq. "Qəbələ"ni zəfi komanda kimi qəbul etmirik. Oyuna ciddi yanaşırıq".
Maraqlıdır ki, Varetut nədənsə qrupda 5 yox, 3 xal qazandıqlarını söyləyib: "Qələbə qazanmağa çalışacağıq. Bundan sonra 2 matçımız qalıb. Xal ehtiyatımızı artırmağa çalışacağıq. Beş ay yaşıl meydandan kənarda qalmışam. Əlbəttə, bunun təsiri olub. Futbolçularımız tam gücüylə oyunda iştirak edəcəklər. Fikrimiz qələbə qazanmaqdır".
Futbolçu qalib gəlmək üçün hər bir oyunda kimi olduğu əsas məqsədin qol vurmaq olduğunu deyib: "Hücumçularımız buna hazırdırlar. Tam gücləri ilə iştirak edəcəklər. Bildiyimə görə, Fransada meydana çıxmayan "Qəbələ"nin 2 futbolçusunun sabah oynayacaq. Əlbəttə, bunu düşünmüşdük. Öz oyun üslubumuza sadiq qalacağıq və matçı mükəmməl keçirəcəyik".
l