1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Qarabağ" Yunanıstanda sevindi - YENİLƏNDİ
"Qarabağ" klubu Avropa Liqasının IV turunda Yunanıstanda PAOK-la qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Oyunun ilk hissəsində hər iki komanda hücumlar etsə də, qapılara qol vurulmayıb.
Maçtın ikinci hissəsində "Qarabağ" rəqibindən daha aktiv olub. Baş məşqçi Qurban Qurbanov matçın 64-cü dəqiqəsində Rahid Əmirquliyevi Miçellə əvəzləyib. Oyuna yeni daxil olan Miçel 5 dəqiqə sonra Azərbaycan azarkeşlərini sevindirib. İspaniyalı futbolçunun zərbəsi rəqib qapısının torunu silkələyib - 1:0.
Qalan dəqiqələrdə meydan sahibləri hücumların sayını artırsa da, dərqlənmək mümkün olmayıb. Oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda isə İtaliyanın "Fiorentina" klubu Çexiya "Slovan"ını 3:0 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra "Fiorentina" 10 xalla J qrupunun dəyişməz liderinə çevirilib və növbəti mərhələyə vəsiqəni təmin edib. "Qarabağ" səfərdə qazanılan 3 xalla ikinci pilləyə yüksəlib. Azərbaycan təmsilçisinin aktivində 7 xal var. PAOK 4 xalla 3-cü, "Slovan" isə 1 xalla qrup sonuncusudur.
Avropa Liqası, qrup mərhələsi, IV tur
3 noyabr
J qrupu
00:05. PAOK (Yunanıstan) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Migel Madera, 69
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Duqlas Potter, Alastair Mazer
Əlavə köməkçi hakimlər: Stiven Maklin, Donald Robertson
Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)
Hakim-inspektor: Darko Çeferin (Sloveniya)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Saloniki. "Tumba" stadionu