Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunlarına hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, FİFA referilərindən yalnız Əliyar Ağayev qarşıdakı turda baş hakim funksiyasını yerinə yetirəcək.
O, noyabrın 5-də Gəncə şəhər stadionunda "Kəpəz"lə "Sumqayıt" arasında keçiriləcək oyunu idarə edəcək. Ertəsi gün Ağayev AZAL - "Qəbələ" matçına əlavə köməkçi hakim kimi çıxacaq.
XI turun təyinatları
5 noyabr (şənbə)
"Kəpəz” - "Sumqayıt”
Gəncə şəhər stadionu. Saat 14:30
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
"Neftçi” - "İnter”
Bakcell Arena. Saat 17:00
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
6 noyabr (bazar)
AZAL – "Qəbələ”
AZAL Arena. Saat 14:00
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov
"Zirə” – "Qarabağ”
Zirə İdman Kompleksinin stadionu. Saat16:00
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qeyd edək ki, turun bütün oyunları CBC Sport televiziya kanalı vasitəsi ilə canlı yayımlanacaq.