Azərbaycan klublarının baş məşqçisi Avropa Liqasının qrup mərhələsində ilk dəfə "texniki zona"dan qovulub. Sportnet.az-ın məlumatına görə, bu, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk olub. Ukraynalı mütəxəssis qrup mərhələsinin IV turunda "Sent-Etyen" klubu ilə "Bakcell Arena"da hazırda davam edən matçın ilk hissəsinin son dəqiqəsində baş hakimin qərarından narazı qaldığına görə tribunaya göndərilib.
Qriqorçukadək ölkəmizin qrupda 2 baş məşqçiləri olub ki, bunlar onun azərbaycanlı həmkarları Böüykağa Hacıyevlə Qurban Qurbanovdur. Ancaq onlar belə aqibətlə üzləşməmişdilər. Hərçənd, Qurbanovdan fərqli Hacıyev çılğınlığı ilə seçilən mütəxəsssidir.









































































