1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçukdan məğlubiyyət şərhi
Avropa Liqasının C qrupunda Fransa "Sent-Etyen"i ilə keçirilmiş oyundan sonra "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis hakimlikdən narazı olduğunu deyib.
O, texniki zonadan uzaqlaşdırılmasını bu cür izah edib: "Birinci hissənin sonlarında hakimin qərarından narazılığımı bildirdim. O, da məni texniki zonadan uzaqlaşdırdı. Amma heç nədən peşman deyiləm. Bu, dördüncü oyunumuz idi. Rəqiblə başabaş mübarizə apardıq.
R.Qiroqrçuk rəqibin ikinci qolu haqda da danışıb: "Düşünmürəm ki, "Qəbələ" ikinci qolu rəqibə hədiyyə etdi. Sadəcə fərdi səhv oldu. Yalnız bu qol barədə belə deyə bilərəm. Amma düşünməyin ki, bu, Rəşad Sadiqovun səhvidi, onu bağışlamaq olmaz. Mən onu dəstəkləyirəm. Rəşad komandamız üçün vacib oyunçudur".
- Təsnifat mərhələsində gördüyümüz Teo Uiksi indi görə bilmirik. Nə baş verir?
- Deməzdim ki, bu gün pis çıxış etdi. O, fərqli funksiyaları yerinə yetirdi, dayaq yarımmdafiəçisi mövqeyində çıxış etdi. Uiksə hansısa etirazım yoxdu.
- Qrupda itrəcəyiniz bir şey yoxdu. Son iki matçdan necə istifadə etməyi düşünürsünüz?
- Məlum məsələdi ki, artıq şansımız qalmayıb. Öyrənmək, təcrübə toplamaq şansımız var. Bu turnirdə çıxış etdiyimiz üçün çox şadam. Avropa Liqası böyük turnirdi. Burdakı bütün matçlar bizim üçün çox önəmlidi. Ola bilsin ki, bizim heç bir şansımız qalmayıb. Amma futbolçuların həvəsdən düşmələrinə imkan vermərəm.
- Tribunadan "Qəbələ” necə görünürdü?
- Yuxarıdan baxmaq çox yaxşı görünür. Amma baş məşqçi gərək öz yerində olsun.