"Qəbələ"nin estoniyalı futbolçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə oyundan müsahibə verib. Hücumçu Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb.
- Komanda ilk hissədə yaxşı təsir bağışladı, ancaq Dmitri Bezotosnının səhvindən və ya Roman Qriqorçukun qovulmasından sonra sanki dayandı. Bu, nəylə bağlı idi?
- Mən deməzdim ki, komanda dayandı. İstənilənhalda, fasiləyə hesabda bərabər yollandıq. İkinci hissəyə də pis başlamadıq. Ancaq öz səhvimizdən qol burazdıq. Yəni öz xətalarımız nəticəsində məğlub oluruq.
- Sanki "Maynts"la ev oyunundakı ssenarinin təkrarı idi...
- Bu oyunda hesabda 2:1 irəli çıxmadıq.
- Onu nəzərdə tuturam ki, bu dəfə də hesabda irəlidə olsaq da, sonradan 2 top buraxaraq uduzduq...
- Hə, bu, elədir. İndi bunun səbəbini deyə bilmərəm. Hazırda elə bir bir üzücü vəziyyətdir ki, bilmirsən nə deyəsən. Çox təəssüf ki, belə bir matçda məğlub olduq. Çünki yetərincə yaxşı təsir bağışladıq.
- Baş məşqçinizin meydandan qovulması oyununuza necə təsir göstərdi?
- Bilmirəm. Onsuz da baş məşqçinin səsi "texniki zona""dan elə də eşidilmr. Oz məshələtlərini verir. Ancaq demək olmaz ki, oyun tam dəyişir.
- İspaniyalı hakimlik belə zəif idarəçilik gözləyirdiniz?
- Anlaşılmaz qərarlar verirdi. İnamsız oyun idarə edirdi. Mənə elə gəldi ki, beynəlxalq miqyasda ilk oyunu idi.
- Səninlə bağlı epizodda qırmızı vərəqə vardımı?
- Əlbəttə. Mən qapıçı ilə təkbətək çıxırdım. Ancaq rəqib məni tutub dayandırdı. Bun, son ümid folu və qırmızı vərəqə idi.
- Ola bilər ki, futbolçunun məşhur Poqbanın qardaşı olması qərara təsir göstərdi?
- Məncə, Poqbanın yox, "Sent-Etyen"in nüfuzu hakimin qərarına təsir göstərdi. O, risk etmək istəmədi. Onsuz da buna görə heç kim onu gühanlandırmayacaqdır. Əlbəttə, qırmızı vərəqə olsaydı, hər şey başqa cür, bizim üçün uğurlu alına bilərdi.
- "Qəbələ" ilə ikinci dəfədir qrup mərhələsində oynayırsan. Ötən mövsümlə necə müqayisə aparardın? Bu dəfə də qrupdan çıxa bilmədik...
- Ümid edirəm ki, 3-cü dəfə yaxşı olacaq. Təcrübə yığacağıq və öz sözümüzü deyəcəyik.