1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Yunanıstanda qalib gəlməyi çox istəyirdik"
"Bütün "Qarabağ"sevərləri, xalqımızı bu qələbə münasibətilə təbrik etmək istəyirəm. Həqiqəətn bizim üçün çox vacib matç idi. Çünki PAOK-la xallarımız bərabər idi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Avropa Liqasının qrup mərhəlsində Yunanıstanın PAOK klubu ilə oyunda sonra "İdman Azərbaycan"a açıqlamaısnda bildirib. Onun sözlərinə görə, 1:0 hesabı ilə qalib gəldikləri səfər matçında heç-heçə də onları qane edirdi: "Ancaq qələbə daha vacib idi. Hər şey istədiyimiz kimi alındı. İlk dəqiqələrdən rəqibin pressinq edəcəyini hiss edirdik. Futbolçular çox dəqiq, düzgün oynamağı bacardılar. Uğurlu əvəzetməyə gəlincə, bu, normaldır. Bəzən əvəetmə düşündüyün kimi alınır, bəzən də yox. Oyunun sistemi qaldı, sadəcə, bəzi futbolçuları dəyişdik. Hər biri üzərinə düşən vəzifəni layiqincə etdi. Futbolçularımız Yunansıtanda qalib gəlməyi çox istəyirdilər. Çox vacib 3 xalı qazandıq".
Qurbanov qarşıda 2 matça, xüsusilə Çexiyada "Slovan"la səfər matçına da toxunub. O, hər qələbədən sonra məsuliyyətin daha da artdığını söyləyib: "Yaxşı oyundan sonra rəqiblərin sənə qarşı daha da ciddi hazırlaşır. Qarşıda çox ağır səfər oyunumuz var. "Slovan" bizə uyğun olmayan rəqibdir. Onların meydançasında oynamaq elə də asan olmayacaq. Ancaq həmin matça vaxtımız var. Çexlərlə xüsusilə Bakıdakı matçı ciddi təhlil etməliyik. "Slovan"ın evdə əsas nəyə diqqət yetirdiyinə müəyyənləşdirməliyik. Kiçik bir şansımız varsa, ondan maksimum yararlanmağa çalışırıq. Vacib olan nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik".