1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Rəşad Sadıqov: "Oynayacağımı 2 saat qalmış bildim"
"Xalqımızı sevindirə bilməyimiz bizim üçün də çox qürurverici idi. Bilirdik ki, bütün azarkeşlərimizin, xalqımızın gözü bu oyunda idi. Bizim üçün heç-heçə də pis nəticə deyildi. Ancaq qələbə qazanmağımız daha yaxşı oldu. Bu nəticə xalqımız üçün çox vacib idi. Hamını təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində Yunanıstanad PAOK-a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra "İdman Azərbaycan"a açıqlamasında bildirib.
Son vaxtlar zədəli olan təcrübəli müdafiəçi Salonikidəki matça 2 saat qalmış oynayacağını bildiyini söyləyib: "Bu günədək oynamaq planımda yox idi. Günorta Qurban müəllim məndən "oynama bilərsəmi" deyə soruşdu. Mən də cavab verdim ki, meydana buraxsanız, "yox" deməyəcəyəm. Yenə heç nə demədi. Baş məşqçimiz oyuna göstərişlərini verəndə bildim ki, oynayıram. Qurbanova minnətdaram ki, mənə inandı".
Rəşad son günlərdə düz-əməlli məşqlər keçmədiyini vurğulayıb:"Çünki dalbadal vacib matçlarımız oldu. Bu oyunları buraxmaq istəmirsən, ancaq zədə üzündən komanda ilə tam məşq də edə bilmirsən. Allah mənə belə oyunda iştirak etməyi qismət elədi. Əlimdən gələni etdim. Aydın məsələdir ki, optimal formada deyildim. Meydançda, topun rəftarında bir az özünü qəribə hiss edirsən. Çünki komanda ilə cəmi bir məşq etmişdim. Ancaq hər şey yaxşı alındı".
Sadıqov "Qarabağ"ı qrupda son 2 turda çətin sınaqlar gözlədiyini deyib: "Heç kim - istər azarkeşlərimz, futbol ictimaiyyətimiz, istərsə də komandamız rahatlaşmamalıdır. Əksinə, çox ciddi hazırlaşmalıyıq. Qrupdan çıxmağa çalışmalıyıq".