1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
PAOK-un baş məşqçisi: "Çətinliklər bizi qorxutmur"
Avropa Liqasının qrup mərhələsində evdə "Qarabağ”a uduzan (0:1) PAOK-un baş məşqçisi Vladimir İviç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, serbiyalı mütəxəssis birbaşa suallara cavab verib.
- "Qarabağ” cəmi bir təhlükəli epizod yaratdı və bu, qələbəyə kifayət etdi. PAOK-u bundan sonra nə gözləyir?
- Qoldan öncə qapımız önündə heç bir təhlükəli vəziyyət yox idi. İkinci hissəyədək üstünlük bizdə idi. "Qarabağ” bizi əks-hücumda yaxaladı və bunun qarşısını ala bilmədik. Artıq qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq.
- Komanda bu oyunda qələbə üçün yetərincə xarakter göstərdimi?
- Deməzdim ki, futbolçular bu gün xarakter göstərmədilər, döyüşmədilər. Bunu deyənlər oyuna baxmayıblar. Bazar günü çempionatda oyunumuz olmuşdu. Bütün qarşılaşma ərzində qol imkanları yaradırdıq. Ancaq rəqib əks-hücumda oynamağa hazır gəlmişdi. Onlar buna hazır idilər. Son 20 dəqiqədə biz ümumiyyətlə fiziki cəhətdən çox yorğun göründük. Bu, həlledici oldu.
- Avropa Liqasında qrupdan çıxmamaq təhlükəsi var. Çempionatda da digər rəqiblərdən bir qədər geridə qalmısız. Komandadakı gələcəyiniz üçün təhlükə görürsüz?
- Çempionat hələ yeni başlayıb. Cəmi bir neçə oyun oynamışıq. Bir neçə gün sonra çətin səfər qarşılaşmamız var. Futbolçularım o vaxta qədər dincəlib, özünə gəlməlidi. Çətinliklər bizi qorxutmur. Növbəti oyuna hazırlaşırıq. Bundan sonra da meydanda var gücümüzlə mübarizə aparacağıq.
- Komandada nə baş verir? Əvvəllər çox qol vəziyyəti yaradırdız, indi isə fərqli vəziyyətdi. Həm cinahlardan, həm də mərkəzdən təhlükə hiss olumur. Nə baş verir?
- Rəqiblər oyunumuzu öyrənir, bizə qarşı tədbir görürlər. Biz də, vəziyyəti dəyişməyə çalışırıq. Bu gün 5-6 oyun vəziyyətində, 2-3 dəfə də standart vəziyyətlər zamanı təhlükəli olduq. Heç bir komanda bizim kimi 25-30 qol vəziyyəti yaratmır.
- PAOK sanki standart oynayır. Oyunu öz üzərinə götürəcək futbolçu yoxdu. Bunu necə dəyişməyi düşünürsüz?
- Səhvlərimizi bilirik. Hər dəfə onları təhlil edib, aradan qaldırmağa çalışırıq.
- Malezas bu gün niyə oynamırdı?
- Malezas ardıcıl 3 oyunda 90 dəqiqə meydanda olub. Bizim əlimizdə 4 eyni səviyyəli müdafiəçi var. Buan görə, onları əvəzləyirik ki, özlərini bərpa edə bilsinlər.