| 1 | Sabah | 16 | 37 |
| 2 | Qarabağ | 16 | 36 |
| 3 | Zirə | 16 | 28 |
| 4 | Turan-Tovuz | 15 | 27 |
| 5 | Sumqayıt | 16 | 27 |
| 6 | Araz-Naxçıvan | 16 | 26 |
| 7 | Şamaxı | 16 | 20 |
| 8 | Neftçi | 16 | 20 |
| 9 | İmişli | 16 | 17 |
| 10 | Kəpəz | 16 | 9 |
| 11 | Qəbələ | 15 | 8 |
| 12 | Karvan-Yevlax | 16 | 6 |
Miçel: "Qələbə qolunu vuracağımı gözləmirdim"
"Qarabağ"ın yarımmüdafiəçisi Migel Madera Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirdikləri səfər oyunundan (1:0) sonra jurnalistlərə açıqlama verib. Sportnet.az Miçelin müsahibəsini təqdim edir.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun olacağını bilirdik. Bu oyunda azarkeş dəstəyimiz də var idi. Çətin olsa da, sonda rəqibə qarşı layiqli mübarizə aparmaqla qalib gələ bildik.
- İkinci hissədə meydana çıxdınız və cəmi bir neçə dəqiqə sonra qələbə qoluna imza atdınız...
- Qələbə qolunu vuracağımı gözləmirdim. Baş məşqçininin mənə şans verməsini gözləyirdim ki, komandama kömək edim. Şadam ki, həlledici qola imza atmağa nail oldum.
- Artıq qrupdan çıxmaq şansınızın artdığını demək olar?
- Hələ heç nə dəqiqləşməyib. Biz sadəcə, kiçik bir üstünlük qazanmışıq.
- Hər halda komandanız tarixi bir uğura imza atmağa çox yaxındır...
- Biz hələ heç nəyə nail olmamışıq. Daha bir qələbə qazanmaq istəyirik. Yalnız ondan sonra pley-offa adladığımızı əminliklə söyləmək olar.
- Artıq növbəti oyunda bu hədəfinizə çata bilərsiniz?
- Çətin olacaq. Çünki yenə səfərdə oynayacağıq.













































































