1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadiqov: “Daha öz hakimlərimizə heç vaxt etiraz etməyək” - MÜSAHİBƏ
"Qəbələ”nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının qrup
mərhələsində öz meydanında "Sent-Etyen”lə oyundan sonra müsahibə verib.
Təcrübəli yarımmüdafiəçi Sportnet.az-ın da əməkdaşının suallarını
cavablandırıb.
- Oyunda qapımıza vuruıan 2-ci qolla nəticələnən buraxdığın səhvi necə izah edərdin?
- Avrokuboklarda 66 oyun keçirmişəm. Ancaq ilk dəfədir ki, mənim səhvimdən komandama qol vurulur. Bu, özümə də çox pis təsir etdi.
- Artıq qrupdan çıxmaq şansımız qalmadı…
- Bəli. Çalışacağıq ki, turniri xalsız tərk etməyək. Rəqiblərimiz nə qədər güclü olsa da, xalsız qalmaq özümüzə də çox pis gəlir.
- Səncə, hakimlik nəticəyə qədər təsir göstərdi?
- İndiyədək hakimlik haqqında danışmamışam. Ancaq özünüz də gördünüz ki, idarəçilik çox bərbad idi. Hakim ilk hissədən başlayaraq hər imkanda əleyhimizə qərar verdi. Topu alsaq da, 10 saniyə sonra fit çalırdı. Məhz belə epizodların birində qapımıza ilk qolu vurdular. Bu da istər-istəməz futbolçuların psixologiyasını pozurdu.
- Əgər ispan belə idarə edirsə, öz hakimlərimizə hakimlərə nə deyək?
- Açığı, oyundan sonra komanda yoldaşlarımı da dedim ki, bundan sonra çempionatımızda hakimliklə bağlı heç vaxt etiraz etməyək. İspan referi belə edəndən sonra özümüzünkünə söz desək, bizim üçün acınacaqlı olacaq.
- Sanki qapıçı Dmitri Bezotosnının səhvi komandanı "sındırdı”...
- Futboldur, hamı səhv edir. Qoldan əvvəl də, sonra da komandanı neçə dəfə real qoldan xilas etdi. Ancaq İlk hissə başa çatandan sonra hamımız ona ürək-dirək verdik. Mən də səhv etdim, mərkəzdə topu itirdim və qol buraxdıq.
- Oyundan sonra baş məşqçinin reaksiyası necə oldu?
- Hələ heç nə deməyib. Məğlub olsaq da, yaxşı oyun üçün minnətdarlığını bildirdi.