1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Rəşad Eyyubov: "Bundan sonra təzyiq altında olmayacağıq"
"Rəqib səhvlərimizdən istifadə edərək qapımıza qollar vurdu. Başqa elə təhlükəli vəziyyətləri yox idi. Mən deməzdim ki, "Sent-Etyen” "Qəbələ"ni səhv etməyə məcbur etdi. Onların da səhvləri var idi. Məsələn, vurduğumuz qolda qapıçıları səhv buraxdı". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsində Fransanın "Sent-Etyen" klubu ilə oyundan sonra bildirib.
Yarımmüdafiəçi matşda qırılma nöqtəsi kimi ispaniyalı baş hakimin rəqib müdafiəçi Florentin Poqbanın meydandan qovmamasını sayır: "Məncə də həmin vəziyyətdə təmiz qırmızı vərəqə idi. Ancaq baş hakim yalnız sarı vərəqə ilə kifayətləndi. Bundan sonra yalnız imic üçün oynayacağıq. Bacardığımız qədər xal toplamaq istəyirik. Əlbəttə, bundan daha rahat oynayacağıq. Çünki nəticə ilə bağlı təzyiq altında olmayacağıq. Ancaq bununla belə, qələbə qazanmağa çalışacağıq".