Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçiriləcək "Neftçi” – "İnter” oyununun biletləri satışa çıxarılıb.
Sportnet.az-ın məlumatına görə, ən ucuz bilet 1 manata, VİP yerlər üçün 5 manatadır. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, noyabrın 5-də "Bakcell Arena”da keçiriləcək oyun saat 17:00-da başlanacaq.

















































































