Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Boavişta" klubu bu gecə Portuqaliya çempionatında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, X tur qarşılaşmasında rəqib "Riu Avi" komandası olub.
Vila-du-Konde şəhərindəki "Eştadiu du Riu Ave" stadionunda baş tutan qarşılaşma Bakı vaxtı ilə saat 00:30-da başlayıb. Əvvəlki turlarda olduğu kimi "18-liy"ə belə düşə bilməyən Emin Mahmudovdan fərqli olaraq, Ağayevin yenə start heyətində yer alacağı gözlənilirdi. Bu dəfə də 90 dəqiqə oynayan Kamran komandasının 2:1 hesablı qələbəsinə sevinib.
Oyunda hesabı 25-ci dəqqiədə "Boavita"nın futbolçusu Renato Santos açıb. Bundan 7 dəqiqə sonra rəqib futbolçu Gil Bastiao Dias tarazlığı bərpa edib. Qonaqlar 50-ci dəqiqədə Nuno Enrike ilə qələbə topunu vurub. Ağayev isə 90+3-cü dəqiqədə sarı vərəqə alıb. Bu, onun "Boavişta"da 2-ci xəbərdarlığıdır.
Qeyd edək ki, hazırda "Boavişta" 10 oyundan 13 xalla 7-ci yerdə gedir. Kamran Ağayevin komandası səfər qələbəsi sayəsində 3 pilləyədək irəliləyib. Bu görüşdən sonra Ağayevlə Mahmudov Azərbaycan millisinin düşərgəsinə qoşularaq, Şimali İrlandiya ilə noyabrın 11-də səfərdə keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlaşacaqlar.