1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Abdullayev: "Mənim nə haqqım var ki, sarğını Arazdan alım?" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının XI turunda "İnter”lə ev oyunundan sonra "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransı keçirb. Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis ilk olaraq qalib gəldikləri matçı dəyərləndirib.
- Oyun çox gərgin keçdi. Komandamın çıxışından razı qaldım. Bu gün bizə 3 xal hava-su kimi lazım idi. Uşaqları təbrik edirəm. Bu gün yerli oyunçulara üstünlük vermişdik. Onlar da özlərini doğrultdular.
- Bu oyuna 4 müdafiəçi ilə çıxdınız. Belə demək olarmı ki, "İnter”in hücum xəttini zəif sayırsız?
- Oyuna 4-1-4-1 taktiki sxemdə başladıq. Amma bir dayaq yarımmüdafiəçisi ilə oynamaq çətindir. "Qarabağ”a qarşı bu cür oynaya bilməzdik. "İnter” də güclü rəqibdir. Bütün taktiki sxemləri nəzərdən keçiririk
- "Neftçi” azarkeşləri Rəhman Hacıyev və Araz Abdullayevə qarşı təzyiq göstərir, Mahir Şükürova isə dəstək olurdular. Kapitan sarğısını Mahirə verməyi düşünmürsünüz?
- Mən komandaya gələndə kapitan Araz idi. Onu komanda seçib. Mənim nə haqqım var ki, sarğını ondan alım? Kapitan odursa, deməli, komanda ona inanır.
- Elşən Abdullayev zədəsini nə vaxt sağaldıb, sıraya dönəcək?
- Almaniyada əməliyyat keçirmişdi, burda bərpa olunurdu. Bir ara komanda ilə məşqə başlamışdı, amma ağrı hiss etdiyindən, sıraya dönə bilmədi. Nə vaxt qayıdacağı dəqiq bilinmir. Yəqin ki, Elşəni qışa kimi görməyəcəyik.
- "Neftçi”nin özünə gəldiyini demək olarmı?
- İnam gəlib. Bu, futbolda çox önəmlidir. Biz düz istiqamət seçmişik, necə olacağını isə heç kim əvvəldən deyə bilməz.
- Bu yaxınlarda komandadan bir neçə legioner əvəzedici heyətə göndərildi. Məhz bundan sonra "Neftçi” qalib gəldi. Bu qərarı daha əvvəl qəbul etmədiyiniz üçün peşman deyilsiniz?
- Mən onlara şans verməsəydim, özümü qınayardım. Obyektiv olmaq lazımdır. Mən komandaya yeni gəlmişəm. Legioneri ilk gündən əvəzedici heyətə göndərmək düz çıxmazdı. "Neftçi”də elə futbolçu yoxdu ki, ona şans verməyim.