1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şimali İrlandiya yığmasında ŞOK itki
Şimali İrlandiya yığması 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə qarşıdakı rəsmi matç öncəsi heyətlə bağlı ciddi problemlə üzləşib. Sportnet.az-ın məlumatına görə, rəqibin əsas hücumçularından olan Ceymi Uord biləyini sındırıb və bu üzdən noyabrın 11-də Belfastdakı oyunda iştiark edə bilməyəcək.
Bu, İngiltərə çempionatının birinci liqasında baş verib. İcarə əsasında "Barton"da çıxış edən Uord "Barnsli" ilə heç-heçə nəticələnən matçın artıq 12-ci dəqiqəsində əvəzlənməli olub. "Barton"un meneceri Naycel Klaf müqavilə ilə "Nottingem Forest"ə məxsus olan, yığmada 29 oyunda 3 qol vuran 30 yaşlı hücumçunun gələn həftə milinin hazırlığına qoşulmayacağını təsdiqləyib: "Zədənin nə dərəcədə ciddi olduğu bilmirəm. Ancaq sınıq olduğu müəyyənləşib. Dəqiq olan budur ki, futbolçu Şimali İrlandiya yığmasının düşərgəsinə yollanmayacaq və əməliyyat olunacaq".
Şimali irlandların heyətlə bağlı itkiləri bununla kifayətlənmir. "Lids"in futbolçusu Stüart Dallasın da problemi var. Baş məşqçi Maykl O Nill etiraf edib ki, yarımmüdafiəçinin 25 nəfərlik ilkin heyətə daxil edilməsi riskli olub. Çünki 4 həftədir bərpa prosesi keçən 25 yaşlı Dallas bu müddətdə topa toxunmayıb.
"Lids" millinin baş məşqçisini xəbərdar edib ki, futbolçunu bu qədər oynamayandan sonra yüksək səviyyəli beynəlxalq matça buraxmaq risklidir. Bu, həm tibbi, həm də fiziki hazırlıq baxımından düzgün olmazdı. "Lids" rəsmiləri əmindir ki, Maykl O Nill sağlam düşüncə sahibi kimi düzgün addım ataraq riskə getməyəcək.
Qeyd edək ki, noyabrın 11-də Belfastdakı "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.