Cənubi Sudanın paytaxtı Cuba yaxınlığında futbol azarkeşlərinə hücum nəticəsində 11 nəfər ölüb, 16-sı yaralanıb.
Sportnet.az-ın BBC-yə istinadən məlumatına görə, naməlum şəxs İngiltərə Premyer Liqasının oyununu televiziya vasitəsilə izləyən bir qrup fanata atəş açıb.
Polislərin müdaxiləsinə baxmayaraq, həmin şəxs gizlənməyə müvəffəq olub. Araşdırmalar davam etdirilir. Cinayətin motivi bilinmir.
Hadisənin başvermə səbəbləri araşdırılır.

















































































