Azərbaycan millisinin sabiq üzvü Ufuk Budakın çıxış etdiyi Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Hakan Kutlunun istefası qəbul olunmayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.
H.Kutlu Super Liqanın X turunda "Osmanlıspor"la baş tutmuş səfər görüşünün (1:1) fasiləsində klub prezidentinin paltardəyişmə otağına gələrək futbolçulara taktika verməsi səbəbindən istefa verəcəyini bildirib. Lakin rəhbərlik baş məşqçini fikrindən daşındıra bilib.
"Kayserispor" hazırda 9 xalla 15-ci pillədə yer alıb.
Qeyd edək ki, U.Budak 2011-ci ildən Azərbaycan millisində çıxış edib. 26 yaşlı müdafiəçi uzun müddətdir yığmaya dəvət almır.

















































































