1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nurlan Novruzov: "Prosineçki məni hazır görmür"
"Rəqibin bir neçə futbolçusu bizə qarşı oynamırdı. "Qarabağ"la qarşılaşsaq da, meydana qələbə üçün çıxmışdıq. Biz bilirdik ki, Avroliqada PAOK-la çətin səfər oyununu keçirdiklərindən yorğun idilər. Həm bundan, həm də səhvlərdən istifadə edərək tez qol vurmaq istəyirdik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin futbolçusu Nurlan Novruzov bildirib.
Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ"a evdə 0:2 hesabı ilə uduzduqları matç haqda düşüncələrini bölüşən hücumçu məğlubiyyətin səbəblərini göstərib: "Müəyyən qol fürsətlərimiz oldu, lakin yararlana bilmədik. Adi bir xətadan qol buraxmağımız komandaya mənfi təsir etdi və uduzmağımıza səbəb oldu. Bir qol vursaydıq, oyun tamam başqa məcraya çevriləcəkdir. 65-ci dəqiqəyə qədər 0:0 hesabı davam edirdi. Səhvimizdən Dani Kintana yararlandı. Daha sonra isə Reynaldo Silva öz səviyəsini göstərdi. Belə epizodlarda qapıçı səhvi də olduğunu demək olar. Amma məncə, bu, Reynaldonun ustalığı idi".
Novruzov "Zirə”nin hədəfinin Avroliqaya vəsiqə qazanmaq olduğunu söyləyib: "Əsas rəqiblərimizdən biri olan "Qəbələ” ilə səfər oyunumuz var. 4-5 vacib rəqib varsa, onlardan bir neçəsi də "Qəbələ”, "Kəpəz” və "İnter”dir. Səfərdəki matçımızda isə ən azından uduzmamaq üçün əlimizdən gələni edəcəyik".
Gənc hücumçu öz çıxışına və millidən kənarda qalmasına da münasibət bildirib: "Yaxşı oynamaq üçün əlimdən gələni edirəm. Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Yəqin ki, hələlik baş məşqçi Robert Prosineçki məni hazır görmür. Nə vaxtsa şans gəlsə, milli komanda üçün əlimdən gələni edərəm".